​Türkiyədən açıqlama: İranla mövqeyimiz...

Baxış sayı: 97

İraq Kürd Muxtariyyətinin referendumu məsələsində Türkiyə ilə İranın mövqeyi üst-üstə düşür.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Kürdüstan administrasiyasının geri addım atması üçün hələ vaxt verilməyib. Vaxt verilməsi üçün Kürdüstana qarşı atılacaq addımların koordinasiyası lazımdır. İraq hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu mənada İraq hökumətinin atdığı addımlar bizim üçün önəmli mahiyyət kəsb edəcək”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün İrana səfər edib. O, həmkarı Həsən Ruhani ilə Yaxın Şərqdə baş verən son prosesləri müzakirə edib.