​Türkiyədən açıqlama: “DAYANMAYACAĞIQ!”

Baxış sayı:
7864

Türkiyənin Prezident Aparatından açıqlama: “Sərhədimizin yanındakı terror bataqlığını qurutmadan dayanmayacağıq”

Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, professor Fahrettin Altun, 2015-ci ildən bəri əksəriyyəti Suriyanın şimalında planlaşdırılan terror hücumları zamanı 2 min nəfərdən artıq vətəndaşın şəhid olduğunu xatırladıb. Hurriyyet.org xəbər verir ki, o, deyib: “Sərhədimizin yanındakı terror bataqlığını qurutmadan dayanmayacağıq.”
Fahrettin Altun, “Tvitter” sosial şəbəkəsindəki hesabında, PKK/YPG, İŞİD və FETÖ terror təşkilatlarının son bir neçə il ərzində Türkiyədə həyata keçirdikləri hücumların təsvirlərindən ibarət video paylaşıb.
Amerikalı senator Lindsi Qrahamın Türkiyəyə səfərindən əvvəl edilən paylaşmada Türkiyənin terrorla mübarizədə qətiyyəti və haqlı olması diqqətə çatdırılır.
Videoda son üç ildə PKK/YPG, İŞİD və FETÖ terror təşkilatlarının 100-dən artıq ölümcül hücumu ilə qarşılaşan Türkiyənin hər növdən olan terrora qarşı mübarizə apardığı vurğulanır.
Video terror təşkilatlarının Türkiyədə həyata keçirdikləri hücumların xronologiyası və təsvirləri ilə birlikdə həyatını itirənlərdən və yaralananlardan bəhs edir.
2015-ci ildən bəri terror təşkilatlarının 2 min nəfərdən artıq insanı şəhid elədiyini bildirən Altun, həmin terror hücumlarının əksəriyyətinin Suriyanın şimalında planlaşdırıldığını diqqətə çatdırıb.
Fahrettin Altun yazıb: “Bu hücumlar millətimizə həddən artıq mənfi təsir göstərib. Ədalət bərqərar olana qədər yolumuzdan dönməyəcəyik. Sərhədimizin yanındakı terror bataqlığını qurutmadan dayanmayacağıq”./Hurriyyet.org