​Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ: “Artıq səbrimiz qalmayıb”

Baxış sayı:
4639

Türkiyənin Menbiçin terrorçulardan təmizlənməsi üzrə yol xəritəsinin icrasının yubadılması və bu məsələnin gecikdirilməsinə səbri qalmayıb. 
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay "Anadolu" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara özünə qarşı heç bir təhdidə və hansısa struktur birliyinin formalaşmasına icazə verməyəcək.
“Türkiyənin bu məsələyə yanaşması həmişə çox aydın olub. İlk mərhələdən bəri cənub sərhədlərimizdə PKK-nın və onun qolu olan YPG/PYD-nin terror koridoru yaratmasından necə narahat olduğumuzu və buna icazə verməyəcəyimizi lap başdan bildirdik. Amma təəssüf ki, həmkarlarımızın bu mesajı almaqda çətinlik çəkməsi bizi başqa tədbirlər görməyə məcbur etdi. Menbiç məsələsində ABŞ əvvəlcə PKK-nın və ya YPG-nin mövcudluğuna icazə verilməyəcəyinə dair söz vermişdi. Amma problemin həlli həmişə növbəti aya, ilə təxirə salınır. Tükiyənin artıq bu problemləri təxirə salmağa nə səbri, nə də dözümü qalıb. Sərhədimizdə Türkiyəni təhdid edən bir ünsürün olmayacağı anadək mübarizəmiz davam edəcək”, – Ərdoğanın köməkçisi vurğulayıb.