​Türkiyədən ABŞ-ın təxribatı ilə bağlı bəyanat: Tarazlıq pozulacaq

Baxış sayı:
1558

ABŞ-ın "Ekson mobil" şirkətinin Kipr adası sahillərində karbohidrogen axtarmağa başlamasına Türkiyədən növbəti reaksiya verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bəyanat verib.
Adanın yalnız bir tərəfə deyil, hər iki tərəfə aid olduğunu xatırladan Aksoy sözügedən addımın həll prosesində tarazlığı pozacağını söyləyib:
"Biz Cənubi Kipr rəhbərliyini birtərəfli karbohidrogen fəaliyyətini dayandırması istiqamətində xəbərdarlıq etmişdik".