Türkiyədən ABŞ-a təpki: Rədd edirik!

Baxış sayı:
6013

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın 2018 Türkiyə İnsan Haqları Hesabatının əsassız iddialar, həqiqətdən uzaq məlumatlar, ön mühakiməli rəylər daşıdığını və 15 iyul FETÖ dövlət çevrilişi cəhdinin arxasında kimlərin olduğu hissinin möhkəmləndiyini bildirib.
 
Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, insan haqlarının qorunması və inkişaf etdirilməsinin Türkiyənin əvəzolunmaz prioritetlərindən olduğu bildirilərək təkcə Türkiyə vətəndaşları üçün deyil, dünyanın dörd bir tərəfindəki milyonlarla insanın malik olduğu hüquqların qorunması və qarşılaşdıqları insan haqları pozuntularının qarşısının alınması üçün göstərilən səylərin bunun ən böyük dəlil olduğu vurğulanıb.
 
BU YANAŞMANI RƏDD EDİRİK
 
“Hesabatda, ölkəmizin və regionumuzun təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq hüquq və insan haqlarına hörmət çərçivəsində aparılan terrorla mübarizə səylərimiz insan hüquqları pozuntusu kimi əks etdirilmişdir. Bu münasibəti rədd edirik".
Müxalifət.az