Türkiyədən ABŞ-a STRATEJİ ZƏRBƏ

Baxış sayı:
3506

Amerika-İslam Əlaqələri Şurasının (CAIR) direktoru Nihad Awad, Qüdsə dair İstanbulda keçirilən İƏT fövqəladə toplantısının ABŞ-a strateji bir zərbə vuracağını deyib
 
ABŞ RƏHBƏRLİYİ DÜRÜST DEYİLDİ
 
Tramp rəhbərliyinin bu gün Vaşinqtonun uzun müddətdir mənimsədiyi Fələstin siyasətindən ayrıldığını vurğulayan Awad, "Əslində ABŞ rəhbərliyi heç bir zaman dürüst bir vasitəçi olmayıb. ABŞ, İsrail işğalını və İsrail dövlətini dəstəkləyib, milyard dollarlarla yardım edib, onlara BMT-də qalxan olub və İsrail üçün dünyanı qarşısına alıb" deyə, fikir bildirib.
Awad, İƏT təşkilatının 1996-ci ildə İsrailin Məscid-i Əqsanı yandırmasından sonra İslam Konfransı Təşkilatı kimi qurulduğunu xatırladıb.
Təşkilatın 57 üzvü ilə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat və Türkiyə kimi güclü üzvlərinin olduğunu bildirən Awad, "İƏT-nın toplanıb, ABŞ-ı prezident Donald Tramp üzərindən pisləməsi ABŞ-a strateji bir zərbədir" deyə, şərh verib.
İordaniyanın ilk dəfə ABŞ-ı birbaşa açıq bir şəkildə tənqid etdiyini də xatırladan Awad, bu vəziyyətin ABŞ üçün itki olduğunu bildirib.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şərqi Qüdsü Fələstinin paytaxtı elan etməsinə dair suala isə Awad, "Bu birbaşa Trampın siyasətinin nəticəsidir və qarşı tanıma üçün beynəlxalq kampaniya başlayıbdır" deyə, cavab verib.
 
ÇİN VƏ RUSİYANI CƏSARƏTLƏNDİRDİ
 
Beynəlxalq ictimaiyyətin Ərdoğanın çağırışını təqib edəcəyini deyən Awad, Ərdoğanın bu dəvətinin Rusiya və Çin kimi digər gücləri də ABŞ-a qarşı cəsarətləndirəcəyini də vurğulayıb.
Müxalifət.az