Türkiyədən ABŞ-a sərt təpki

Baxış sayı:
10540

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsüi Hamid Aksoy ABŞ Nümayəndələr Palatasında qəbul edilən "ABŞ-Türkiyə ittifaqına yönəlik narahatlıqların ifadə edilməsi" başlıqlı qərarın Türkiyə ilə ABŞ arasındakı köklü dostluq və müttəfiqlik əlaqələriylə heç bir şəkildə uyğun gəlmədiyini ifadə edib. Aksoy açıqlamasında, "Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi haqqında yer verilən haqsız və əsassız iddiaların qəbul edilməsi əsla mümkün deyil" deyib. Aksoy dost və müttəfiq ölkələr arasında fikir müxtəlifliklərinin aradan qaldırılmasının ən təsirli yolunun dialoq və ölkələrin suveren qərarlarına hörmət göstərilməsi olduğunu vurğulayaraq "Bunun yerinə, heç bir bağlayıcılığı olmayan və qarşılıqlı etimadın artırılmasına xidmət etməyən qərarların verilməsi, təhdid və sanksiya dilinin gündəmdə tutulmağa davam edilməsi və bəzi süni bəhanələr qoyulması qəbul edilə bilməz" deyə bildirib. Müxalifət.az