Türkiyədən ABŞ-a “sillə” kimi cavab

Baxış sayı:
6253

Türkiyə Prezident Sarayının ictimai əlaqələr üzrə şöbəsinin müdiri Fəxrəddin Altun, ABŞ-dan Dünya Mətbuat Azadlığı günündə Türkiyəni hədəf alan qalmaqal açıqlamasına sərt cavab verib.
 
Fəxrəddin Altun ABŞ-ın qalmaqal açıqlamasına Twitter-dən cavab verib. Altun "ABŞ-ı mətbuat azadlığının arxasında gizlənməyə son verməyə çağırmağa davam edəcəyik. Vaşinqton barmağını digər ölkələrə işarə etmək yerinə, uzun müddətdir mövcud olan ifrat yoxsulluq və irqi ayrı-seçkilik kimi problemləri düzəltməyə yönəltməlidir" deyib.
ABŞ səfirliyindən edilən açıqlamada, "Türkiyə ifadə azadlığına, ədalətli mühakimə olunma təminatına və mühakimə müstəqilliyinə hörmət etməyə, bunları təminat altına almağa çağırmağı davam etdirəcəyik” deyilmişdi.
Müxalifət.az