Türkiyədən ABŞ-a PKK cavabı - "Müttəfiqiksə..."

Baxış sayı:
14368

ABŞ Dövlət Departamentinin PKK-nı terrorçular siyahısında saxlamasına dair açıqlamasına Türkiyə XİN-in sözüçüsü Hami Aksoy münasibət bildirib.
 
Hami Aksoyun yazılı açıqlamasında deyilir:
"ABŞ Dövlət Departamenti 1997-ci ildən bəri terror təşkilatı kimi tanıdığı PKK-nı xarici terror qurumları siyahısında saxladığını bəyan edib. PKK-ya qarşı mübarizənin davam etdirildiyini əhəmiyyətli sayırıq.
Müttəfiqimiz olan ABŞ-ın eyni münasibəti PKK-nın regiondakı əlavəsi olan PYD/YPG-yə də göstərməsini gözləyərik".