Türkiyədən ABŞ-a NƏHƏNG HƏMLƏ: 12 milyard dollarlıq raketlər...

Baxış sayı:
6700

Türkiyə ABŞ-dan taktiki raket alacaq. Ankara xarici hərbi satış proqramı çərçivəsində “AIM-9X Block II” raketlərini Silahlı Qüvvələrin arsenalına daxil edəcək. “Defenceworld.net”in xəbərinə görə, “Rayteon Missil Sistems”ə ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələri, Cənubi Koreya, Avstraliya, Qətər, Norveç, İndoneziya, Küveyt, Səudiyyə Ərəbistanı, İsrail, Polşa, Yaponiya, Tayvan, Belçika, Malayziya, BƏƏ, Hollandiya, Finlandiya, İsveçrə, Danimarka, Slovakiya, Sinqapur və Türkiyə sifariş verib. Sifarişin büdcəsi 12 milyard dollar həcmindədir. Qeyd eədk ki, “AIM-9X Block II” raketləri F-15, F-16 ve F/A18 qırıcılarından istifadə olunur. Xatırladaq ki, Türkiyə Rusiyadan aldığı S-400 müdafiə sistemlərinə görə ABŞ-la gərginlik yaşayır./publika