​Türkiyədən ABŞ-a Münbiç TƏKLİFİ – Vaşinqton susur

Baxış sayı:
2674

Türkiyə ABŞ-a Münbiçdə ortaq hərəkət etməyi təklif edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, təklifdə YPG-nin Münbiçdən çıxaraq Fərat çayının şərqinə çəkilməsi qeyd olunur. YPG çıxandan sonra Türkiyə və ABŞ əsgərləri Münbiçdə birgə hərəkət edəcəklər.
Bu təklif Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersona təqdim olunub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da “YPG Münbiçdən çıxaraq Fəratın şərqinə çəkiləndən sonra ABŞ-la birgə addım ata bilərik” deyə qeyd edib.
ABŞ tərəfi bu təklifi dəyərləndirəcəklərini açıqlayıblar.