Türkiyədən ABŞ-ın HƏDƏSİNƏ CAVAB: QARŞILIĞINI ALACAQLAR

Baxış sayı:
4606

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, “ABŞ-ın F-35 təyyarə satışını ləğv etmək istəməsi məqbul deyil. Əgər olarsa, Türkiyədən qarşılığını alacaqlar” deyib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, canlı yayım proqramında mühüm açıklamlar edib. Türkiyədə mühakimə olunana Amerikalı keşiş-casus Brunson məsələsində Vaşinqtondan gələn təzyiqlərə toxunan Çavuşoğlu, “hüquqi prosesə Türkiyə müdaxilə edə bilməz. Məhkəmənin nəticəsini gözləyəcəksiniz” deyib.
 
ABŞ-a DƏQİQ MESAJ: TÜRKİYƏDƏN QARŞILIĞINI ALACAQLAR
 
Türkiyəyə böyük silah satışlarının təxirə salınmasının gündəmə gəldiyi ABŞ-a təpki göstərən Çavuşoğlu, “F-35 təyyarələrinin satışının ləğvi məqbul deyil, əgər olarsa, Türkiyədən qarşılığını alacaqlar” deyə, bildirib. Çavuşoğlu gələn həftə ABŞ-a gedərək rəsmi danışıqlar aparacağını da vurğulayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası, Milli Müdafiə Səlahiyyət Qanununu (NDAA) önümüzdəki həftə müzakirəyə çıxaracaq. Qanun layihəsi, Pentaqon Konqresə ABŞ-Türkiyə münasibətləri ilə bağlı hesabat təqdim edənədək, Ankaraya böyük silah satışlarının təxirə salınmasını nəzərdə tutur. Bu məhdudiyyətlərin içərisinə F-35 təyyarələrinin Türkiyəyə satılması məsələsi də daxil olur.
ABŞ-ın Türkiyəyə təpki göstərdiyi əsas məsələlər Rusiyadan alınan S-400 raket sistemləro və ABŞ əsilli keşiş-casus Endryu Kreyq Brunsonun həbsi ilə əlaqəlidir.
Qeyd edək ki, NDAA-nın qanunlaşması üçün keçməsi lazım olan bir çox addım var. Növbəti aylarda Konqresin Nümayəndələr Palatası ilə Senat arasında razılıq əldə olunmasından sonra yekun variantın təsdiqlənməsi lazımdır.
Müxalifət.az