Türkiyədən ABŞ-a çox sərt təpki

Baxış sayı:
3718

Türkiyənin Xarici İşlər Nazirliyi Fələstin Qurtuluş Təşkilatının (FKÖ) Vaşinqton ofisinin kapatılma qərarına qarşı bir açıqlama verib.
 
Açıqlamada, "Vaşinqtonun FKÖ nümayəndəliyinin bağlanması qərarı ABŞ-ın Yaxın Şərq Sülh Prosesində tərəfsizliyini itirdiyinin göstəricisidir. Türkiyə Fələstin xalqının haqlı davasında yanında yer almağa davam edəcək" deyilib.
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyindən edilən açıqlamada FKÖ-yünün Vaşinqton ofisinin bağlandığı bildirilmişdi.
Bəyanatda qərara əsas kimi "Fələstin Qurtuluş Təşkilatı, İsraillə razılaşma üçün cəhdlər göstərmədi. Əksinə, bu qrup heç görmədiyi və əlaqəyə keçmədiyi halda ABŞ-ın sülh planını pisləyib" kimi ifadələrə yer verilmişdi.
Müxalifət.az