Türkiyədən ABŞ-a çox sərt təpki: Hökmü yoxdur

Baxış sayı:
4906

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın "Golan Təpələri üzərində İsrailin suverenliyini ABŞ-ın rəsmi olaraq tanıdığını" elan edən prezident qərarını imzalamasını şiddətlə qınayıb.
 
Açıqlamada, "ABŞ rəhbərliyinin İsrail tərəfindən 1967-ci ildən bu yana işğal altında tutulan “Golan Təpələri” üzərindəki İsrail suverenliyini tanıma qərarını təəssüflə qarşılayır və şiddətlə qınayırıq" deyilib.
Açıqlamada, başda 497 (1981) saylı BMT Təhlükəsizlik Şurasının qərarı olmaqla, beynəlxalq hüququ pozan qərarın ABŞ rəhbərliyinin Orta Şərqdə həll deyil, problemin parçası olmağa yönəlik mövqeyini davam etdirdiyini göstərdiyi ifadə edilib.
Açıqlamada bu ifadələrə yer verilib:
"Bu qərar Suriyanın və bütün bölgə ölkələrinin ərazi bütövlüyünə önəm verən ölkəmiz və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıyan üzvləri baxımından tamamilə hökmsüzdür. İsrailin beynəlxalq hüquqa zidd hücumlarını boş yerə legitimləşdirməyə çalışaraq bölgəni daha çox sabitsizliyə sürükləmək yerinə, BMT Nizamnaməsində qeyd olunan əsas prinsiplərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmək beynəlxalq ictimaiyyətin bütün üzvlərinin əsas məsuliyyətidir”.
Müxalifət.az