Türkiyədən ABŞ-a cavab həmləsi: F-35-lər verilməsə…

Türkiyə ABŞ-ın F-35 təhdidinə qarşı cavab həmlələri planlaşdırır.
 
Bu barədə “Milliyət” informasiya yayıb.
Məlumata görə, rəsmi Ankara ABŞ-ın həmləsinə cavab olaraq Malatya-Kürəcikdə qurulan NATO-nun AN-TPY-2 radarını ləğv edə bilər. Belə ki, radarın ləğv ediləcəyi halda İsrailə İran istiqamətindən endiriləcək hər hansı raket zərbəsi barədə “erkən xəbərdarlıq” etmək mümkün olmayacaq.
Qeyd edək ki, ABŞ Türkiyənin F-35 tipli beşinci nəsil bombardmançı təyyarələrini əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə biləcəyini açıqlamışdı.