Türkiyədən ABŞ-a “AFRİN” CAVABI

Baxış sayı:
3331

Türkiyənin Xarici işlər Nazirliyi, ABŞ Dövlət Departamentinin sözçüsünün Afrində dinc əhalinin evlərinə dönmədiyi istiqamətindəki sözlərinə cavab verib.
 
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy, ABŞ Xarici İşlər Nazirliyi sözçüsünün Afrin xalqının geri dönüşünə icazə verilmədiyi barədə açıqlamasına cavab olaraq, "ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü  3 may tarixli mətbuat konfransında “Zeytun Budağı” Hərəkatı haqqında PYD/YPG terror təşkilatının qaralama kampaniyasının təsiri altında qalaraq, təsdiq edilməmiş mülahizələr üzərindən qüsurlu bir açıqlama vermişdir. Hər şeydən əvvəl, Afrinə geri qayıtmaq istəyən yerli xalqa əngəl olan PYD/YPG-nin özüdür. Bununla terror təşkilatı Türkiyəyə qarşı apardığı qara təbliğat fəaliyyətlərinə haqq qazandırmaq istəyir” deyə, bildirib.
 
TƏHLÜKƏSİZLİYƏ ƏNGƏL OLAN YPG-nin YERLƏŞDİRDİYİ MİNALARDIR
 
“Digər tərəfdən, PYD/YPG-nin şəhərə yerləşdirdiyi çox saylı mina və əl istehsalı partlayıcılar əhalinin geri dönməsi üçün təhlükə yaradır. Türkiyə Afrindəki vəziyyəti normallaşdırmaq və yerli əhalinin təhlükəsiz şəkildə geri qayıdışını asanlaşdırmaq üçün səylərini davam etdirir. Mövcud şərtlər altında Afrindəki humanitar vəziyyətin dərin narahatlıq mənbəyi olduğu iddiası tamamilə əsassızdır. Suriyanın şimalında əsas narahatlıq mənbəyi müttəfiqimiz olaraq bildiyimiz ölkələrin PKK/PYD/YPG-li terrorçularla davam etdirdikləri əməkdaşlıqdır.
 
ABŞ-ın ÇAĞIRIŞININ ÜNVANI TÜRKİYƏ DEYİL
 
 “Zeytun Budağı” Hərəkatı terrorla mübarizənin mülki əhaliyə zərər vermədən də aparıla biləcəyini göstərmişdir. Humanitar yardım təşkilatlarının Afrinə keçidlərinə icazə verilməsi barədə edilən çağırışın ünvanı da Türkiyə deyil. Çünki ölkəmiz BMT-nin Afrinə yönəlik humanitar yardım konvoyları üçün lazımlı hər cür şəraiti yaradır".
Müxalifət.az