Türkiyədən 2 ABŞ nazirinə məhdudiyyətlər

Baxış sayı:
703

Keşiş Endryu Kreyq Brunson böhranından sonra ABŞ ədliyyə naziri Cef Sessions ilə daxili təhlükəsizlik naziri Kirsjten M. Nielsene sanksiya qərarı tətbiq edən Türkiyə atılacaq addımları müəyyənləşdirdi.
 
Türkiyənin Xarici İşlər Nazirliyi, Türkiyə İxracatçılar Məclisi vasitəsilə bütün şirkət və iş adamlarına Türkiyənin sanksiyalarını xatırladıb. ABŞ Xəzinə Nazirliyinin 1 avqustda Türkiyədə məhkəmə prosesi davam edən Brunsonu əsas göstərərək, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gül haqqında sanksiya qərarı aldığına diqqət çəkilib.
Xarici İşlər Nazirliyinin xəbərdarlığından sonra ixracatçı şirkətlərə məktub göndərən Türkiyə İxracatçılar Məclisi, "Bu etibarla, ABŞ ədliyyə naziri Cef Sessions ilə ABŞ daxili təhlükəsizlik naziri Kirsjten M. Nielsenin özləri və ya sahibi, birgə, rəhbəri olduğu şirkətlərlə heç bir surətdə ticarət edilməməsi lazımdır. Lazımi önəmlə rica olunur" deyə, xəbərdarlıq edib.
Müxalifət.az