Türkiyədəki suriyalı qaçqınlar ölkələrinə geri dönür - FOTOLAR

Türkiyəyə sığınan suriyalı qaçqınlar ölkələrinə geri dönür.
 
Qurban bayramı üçün Kilisdəki Öncüpınar Sərhəd Keçid Məntəqəsinin qarşısına yığışan minlərlə suriyalı gömrük prosedurunu keçdikdən sonra ölkələrinə daxil olublar. Türkiyə Miqrasiya İdarəsi ölkələrinə dönmək istəyənlər üçün onlayn qeydiyyat sistemi də yaradıb. Belə ki, suriyalılar ölkəsinə dönmək üçün sərhədə yaxınlaşmadan onlayn qeydiyyatdan keçərək vaxta qənaət etmiş olurlar. Miqrasiya idarəsinin məlumatına görə, təxminən 50 minə yaxın qaçqın ölkəsinə dönmək üçün onlayn olaraq qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, keçən il Ramazan bayramı qeyd etmək üçün 68 min 238 nəfər suriyalı ölkəsinə dönmüş, onlardan 59 min 28 nəfəri Türkiyəyə qayıtmışdı.