​“Türkiyədəki sabitlik bizi çox sevindirir" - Əli Əhmədov

Baxış sayı:
16228

“Türkiyə bölgənin ən güclü, əzəmətli dövlətinə çevrilib. Türkiyə bölgənin nəinki liderinə çevrilib, hətta dünyanın çox güclü, möhtəşəm dövlətinə çevrilib”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşündə deyib.
Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: “Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir. Biz azərbaycanlı olaraq bununla qürur duyuruq. Eyni zamanda, Azərbaycan da gündən-günə güclənir. Bu birlik və qardaşlıq bizim gücümüzə möhtəşəmlik qatır. İki dövlətin dostluğunun qarşısını heç bir zaman ala bilməyəcəklər. Çünki iki dövlət bir-birinə o qədər bağlıdır ki, onların dostluğunun qarşısını kəsmək qeyri mümkündür”.
“Türkiyədəki sabitlik bizi çox sevindirir. Bu da Türkiyənin qüdrətinin bariz nümunəsidir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan birlikdə daha da güclənəcək”, -deyə, Ə.Əhmədov əlavə edib./unikal