​Türkiyədəki otel müştərilərinə yemək qablarını və televizoru sındırmağa icazə verdi

Baxış sayı:
4129

Türkiyənin Alanya bölgəsindəki otellərdən biri qonaqlarına qeyri-adi xidmət təklif edib. Belə ki, bu oteldə turistlər üçün "stressdən xilasetmə otağı" yaradılıb. Həmin otaqda qonaqlara yemək qablarını, eləcə də kompüteri, televizoru və digər əşyaları sındırmaq üçün icazə verilib. Məlumata görə, bu otağın müşətirləri öncədən xüsusi qoruyucu geyimlər geyinir, bundan sonra otağa daxil ola bilərlər. Qeyd olunur ki, stressi aradan qaldırmaq üçün tətbiq olunan bu üsul Polşa elmi fantastik yazıçısı Stanislav Lem tərəfindən “icad edilib”. Otel sahiblərinin sözlərinə görə, belə bir otağın xidmətlərindən ən çox biznes və İT texnologiyaları ilə məşğul olan 18-38 yaş arası kişilər istifadə edirlər. Muxalifet.az