“Türkiyədəki hərbi qüvvələrimizi çıxarmayacağıq” - ABŞ Müdafiə Nazirliyi

Baxış sayı:
361

ABŞ Türkiyənin İncirlik hava bazasındakı hərbi qüvvələrini çıxarmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Pentaqon Türkiyənin ABŞ-ın ən etibarlı müttəfiqlərindən bir olduğunu bildirib: “ABŞ Türkiyədəki hərbi varlığını saxlayacaq. ABŞ illərdir İncirlik bazasından NATO-dakı müttəfiqlərini müdafiə edir. Türkiyə də NATO-dakı müttəfiqimizdir və koalisyanın ən etibarlı üzvlərindən biridir.
Müttəfiq Türkiyə ilə İncirlik bazasındakı birgə fəaliyyətimizi davam etdiririk və hərbi əməliyyatları koordinasiya edirik”.