Türkiyədə Yüksək Sürətli Qatar qəzası! Çox sayda yaralı var

Baxış sayı:
4423

 Ankara-Konya səfərini yerinə yetirən Yüksək Sürətli Qatar (YSQ) Yenimahalle rayonuna bağlı Marşandiz stansiyasında yüksək keçidə dəyib.
 
Konya istiqamətinə hərəkət edən YSQ, Yenimahalle rayonuna bağlı Marşandiz stansiyasında hələlik müəyyən olunmayan bir səbəblə relsdən çıxaraq üst keçidin ayağına dəyib.
Qəzadan sonra üst keçidin bir hissəsi iki vaqonun üstünə düşüb, bəzi vaqonlar da devrilib.
Hadisədən sonra yaralanan çox sayda sərnişinə 112 Təcili Xidmət, yanğın söndürmə dəstələri müdaxilə edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə bölgədəki xəstəxanalara sövq edilib, hadisə yerində xilas etmə işləri davam edir.
Müxalifət.az