​Türkiyədə yeni bir SİYASİ PARTİYA yaradılacaq

Baxış sayı:
5008

Türkiyədə yeni bir siyasi partiyanın yaradılması ilə bağlı hazırlıqlar başladılıb.
Yeni siyasi partiyanın yaradılması üçün Ədalət Partiyası və Doğru Yol Partiyasının (DYP) keçmiş millət vəkilləri, nazirləri, partiya rəhbərləri 20 oktyabrda Adana şəhərində toplaşacaqlar. Bu siyasətçilər hazırda “Dəmirəl ruhu”nu yaşadacaq partiya yaratmaq hazırlıqları aparırlar. Mövcud partiyalarda təmsil olunmaq istəməyən mərkəz sağçılar yenidən Süleyman Dəmirəlin ideyaları ətrafında birləşməyi planlaşdırırlar.
Xatırladaq ki, Süleyman Dəmirəl Ədalət Partiyası və Doğru Yol Partiyasının liderliyini edib. DYP rəhbəri olduğu zaman Türkiyə prezidenti seçilib.