“Türkiyədə yarım əsrdir buna hazırlıq gedirdi” - ŞOK HESABAT

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib.
 
Bu haqda komissiyanın rəhbəri Reşat Petek bildirib.
Komissiya rəhbəri keçirdiyi mətbuat konfransında həm MİT-in, həm də komissiyasının hazırladığı hesabatları təqdim edib. O, yarım əsrdir çevriliş üçün hazırlıq görüldüyünü deyib.
“Fəthullahçı Terror Təşkilatının dövlət qurumlarına necə sızdığına dair önemli məlumatlar əldə etdik. Çevriliş cəhdinin arxasında FETÖ-nün olduğuna dair danılmaz informasiya və sənədlərə malikik”, - Reşat Petek qeyd edib.