Türkiyədə yaralanan 5 kursantdan biri öldü

Baxış sayı:
12862

Fevralın 20-də Ankaranın Poladlı rayonundakı Sakarya hərbi kazarmasında təlim zamanı partlayış olması barədə xəbər vermişdik. Partlayış zamanı hərbi məktəbin 5 kursantı yaralanmışdı.
Hürriyet-in xəbərinə görə, bu gün  yaralı kursantlardan biri həyatını itirib.
Verilən məlumata görə, 29 yaşlı kursant Mehmet Xan ailəli olub və bir uşaq atası idi.
 Həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişən Mehmetin cənazəsi Tokata göndəriləcək.
Digər yaralıların vəziyyəti barədə məlumat verilmir.