​Türkiyədə təyyarə qəzası: yaralı var

Baxış sayı:
2761

Türkiyənin Kocaeli rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində yaralanan təyyarənin pilotu İkram Qaya təcili şəkildə xəstəxanaya yerləşdirilib.
Qəzaya səbəb kimi soyuq hava şəraitində mühərrikin donması göstərilib. Məlumata görə, təyyarənin ağacların üstünə düşməsi daha ağır qəzanın baş verməsinin qarşısını alıb.