​Türkiyədə təyyarə qəzası – 3 ŞƏHİD

Baxış sayı:
3128

Türkiyənin İsparta ərazisində CASA tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, İsparta valisi Şehmuz Günaydın qəza nəticəsində 3 hərbçinin şəhid olduğunu bildirib.
Valinin sözlərinə görə, təyyarənin qəzaya düşdüyü ərazi çətin relyefə malik olduğu üçün xilasedicilər ora çata bilmir.