Türkiyədə bəy toyun səhərisi gəlini bıçaqladı: “Məni dostlarımla aldadırdı”

Baxış sayı:
1657

Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, 22 yaşlı Metehan Yurdoğlu 21 yaşlı Gülül Yurdoğlunu toyun səhərisi günü bıçaqlayaraq öldürüb. Cinayətkar “Məni ən yaxın dostlarımla aldatdığımı düşünürdüm. Ya özümü, ya Güllünü öldürəcəkdim” deyib.
Metehan bildirib ki, intihar etmək istəyib:
“Bir dəfə atam, ikinci dəfə isə polis məni xilas etdi. Bu səbəbdən ya onu, ya özümü öldürəcəkdim”.
Hadisə ötən il baş verib. Metehan orta məktəbdən sevdiyi Güllünü qaçırıb. Çünki qızın ailəsi bu nikahı istəməyib. Cütlük evlənib. Metehan nikahdan 4 ay sonra xına gecəsindən sonra toya bir gün qalmış yaşadıqları evdə Güllü ilə mübahisə edib və ona 16 bıçaq zərbəsi endirib. Sonradan isə dostu ilə meyiti meşəyə aparıb bir ağaca bağlayıb.