Türkiyədə terrorçu ÖZÜNÜ PARTLATDI

Türkiyədə terrorçu özünü partladıb. 
Muğla vilayətində ötən həftə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açmış 7 terrorçudan 5-i zərərsizləşdirilsə də, ikisi ərazidən qaça bilmişdi. Axtarış zamanı həmin terrorçulardan biri ələ keçdiyini görüncə gizləndiyi evdə özünü partladıb. 
Digər terrorçunun axtarışı davam etdirilir.