Türkiyədə tədris ilinə son verildi - DƏRSLƏR SENTYABRDA BAŞLAYACAQ

Baxış sayı:
2636

Türkiyədə koronavirus epidemiyası səbəbindən 2019-2020 tədris ilinə son verilib.

“Haberler” xəbər verir ki, bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan nazirlər Kabinetinin iclasından sonra elan edib. O bildirib ki, növbəti tədris ili sentyabrdan başlayacaq.

Körpələr və qocalar evləri iyunun 15-dən etibarən fəaliyyətə davam edəcək.