Türkiyədə seçki apellyasiya marafonunda son gün

Baxış sayı:
2506

Bu gündən etibarən Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) ilə bağlı proses başlayır. İstanbul və Ankara da daxil olmaqla, seçki nəticələri ilə bağlı tərəflər və namizədlər şəhər, rayon seçki qurumlarının qərarlarını YSK-ya daşıya biləcəklər. YSK-ya etiraz müraciətləri 8-9-10 aprel tarixlərində təqdim edilə biləcək. Etirazlar qəbul edildikdən sonra YSK bu etirazlar barədə 11-12-13 aprel tarixlərində qərar verəcək.
YSK qərarı son qərar olacaq. YSK-ya İstanbulda bütün səslərin yenidən sayılması üçün müraciət edən AK Partiya, Ankarada da 12180 seçki məntəqəsində verilən səslərin yenidən sayılmasını tələb edir. Qeyd edək ki, Rayon Seçki Komissiyasının qərarı il, Ankarada 11 rayonda yalnız etibarsız sayılan bülletenlər sayılarkən, 13 rayonda bütün səslərin sayılması tələbi isə YSK tərəfindən rədd edilib.
Müxalifət.az