Türkiyədə “Sarı Jilet” təxribatı

Baxış sayı:
8494

Fransada başlayan daha sonra Hollandiya və Belçikaya da sıçrayan “Sarı Jiletlilər” nümayişlərinin simvolu olan sarı jiletlər Türkiyədəki bir rəqəmsal aış-veriş saytında inanılmaz bir endirimlə satışa çıxması böyük təpkiyə səbəb olub. Ötən günlərdə Fransada başlayan və bir çox ölkəyə sıçrayan qanlı aksiyaların rəmzi olan “Sarı jilet” Türkiyədə 80 faiz kimi ağıl almaz bir endirimlə satışa çıxıb. 5 TL-yə SARI JİLET SATDILAR Jiletin 5 TL kimi bir qiymətə satıldığını görənlər alış-veriş saytına böyük təpki göstərib. “Sarı jiletlər”in satış qiymətində edilən bu endirimə məna verə bilməyən insanların, "Birləri Türkiyədə də “Sarı jilet” aksiyalarını başlamağa çalışır" kimi şərhləri diqqət çəkib. MİN ƏDƏD SARI JİLET ALAN VAR Alıcılardan birinin min ədəd sarı jilet satın alması isə diqqətlərdən qaçmayıb. İnsanların sosial mediadakı kütləvi təpkilərindən sonra alış-veriş saytı sarı jilet satışını qaldırdığını bildirib. FRANSADA HADİSƏLƏR DURULMUR Qeyd edək ki, 17 noyabrdan bu yana davam edən hadisələrdə 103 nəfər həbs olunub. Ən az 227 nəfərin yaralandığı və 2 nəfərin həyatını itirdiyi hadisələrdə təxminən 280 min insanın aksiyalara qatıldığı açıqlanıb. Aksiyaların vurduğu ümumi zərər 1.5 milyon avronu keçib. Polis departamentinin verdiyi açıqlamaya görə, aksiyalara müdaxilə zamanı 5 min qaz kapsulu istifadə edilib. Müxalifət.az