​Türkiyədə S-400-ün quraşdırılmasına günlər qaldı – ƏRDOĞANDAN AÇIQLAMA

Baxış sayı:
375

Müxalifət.az TASS-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 raket kompleksinin təslimatının   üçüncü mərhələsinin başa çatma müddətini açıqlayıb.

Ərdoğan deyib ki, Rusiya zenit raket sisteminin təslimatının son mərhələsini bu ilin noyabr və ya dekabrında tamamlayacaq.

Türkiyə prezidenti onu da vurğulayıb ki, Türkiyə-Rusiya hərbi əməkdaşlığı bundan sonra da davam edəcək.
 
Muxalifet.az