Türkiyədə S-400-lər harada yerləşdiriləcək?

Baxış sayı:
2740

Bu həftə Türkiyəyə doğru yola çıxacaq olan S-400 havadan müdafiə sisteminin yerləşdiriləcəyi yerlər təsbit ediləcək risk vəziyyətinə görə müəyyən olunacaq. İlk mərhələdə gələn iki batareyanın yerləşdiriləcəyi bölgə Hava Qüvvələri Komandanlığı və Milli Müdafiə Nazirliyi tərəfindən müəyyən olunacaq. Bölgənin seçilmə səbəbləri və seçilən bölgə prezident Rəcəb Tayyib Ərdoğanla da paylaşıldıqdan sonra o bölgəyə sövq ediləcək. Prioritet Suriya və terrorla mübarizə olsa, sistemin Qaziantep-Şanlıurfa ətrafına yerləşdirilməsi söz mövzusu olacaq. Bu bölgələr ABŞ-ın Suriyaya əsgər göndərmə və hava hücumu ehtimalına qarşı vəzifə yerinə yetirəcək. Risk sırlamasına görə, Kipr və Şərqi Aralıq dənizindəki təbii qaynaq ehtiyatları və buradakı Türkiyənin haqlarının qorunmasında mövqeyinin gücləndirilməsi də prioritet olaraq qiymətləndirilir. Bu vəziyyətdə də Mersin-Anamur bölgələrinin seçilə biləcəyi ifadə edilir. STRATEJİ PRİORİTET BOĞAZLAR Sistemin yerləşdiriləcəyi yerlər ilə əlaqədar qiymətləndirmələr edilərkən, normal şərtlərdə Türkiyənin sənayesinin bel sümüyünü meydana gətirməsi, əhalinin böyük hissəsinin bu şəhərdə yaşaması və Boğazlar kimi strateji bir əhəmiyyəti olması baxımından İstanbulun seçilməsi daha doğru olardı İstanbulda NATO çərçivəsində daha əvvəl yerləşdirilmiş raketlərin olduğu və hələ də boş dayanan təpələrin S-400-lər üçün də istifadə edilə biləcəyi ifadə edilir. S-400 havadan müdafiə sistemləri hərəkətli batareyalar olduğu üçün riski böyük olan bölgəyə sürüşdürülə biləcək. Məsələn, Suriyada sükunət təmin edilərsə və təhlükəsizlik təhlükəsi keçərsə, buradan alınıb, başqa bölgələrə aparıla biləcək. Sistemində 600 kilometrlik radara sahib olan S-400-lərin batareyaları, hər hansı bir küçəyə belə yerləşdirilə biləcək xüsusiyyətə sahibdir. Müxalifət.az