Türkiyədə “Qonaq” əməliyyatı - Aralarında məmur və azərbaycanlı qadınlar var

Baxış sayı:
304

Türkiyənin Amasiya əyalətinin Mərzifon şəhərində keçirilən "Qonaq" adlandırılan əməliyyat nəticəsində 7-si xarici vətəndaş olmaqla, 12 nəfər əxlaqsızlığa görə saxlanılıb.

Türkiyə KİV-ləri xəbər verir ki, 11 müxtəlif ünvana edilən basqın nəticəsində tutulanlar arasında məmur və biznesmen də var. Saxlanılan xarici vətəndaşlar Azərbaycan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan olan qadınlardır. Onlar müayinə olunmaq üçün xəstəxanaya göndəriliblər.

Qadınların birində cinsi yolla yoluxan siflis aşkarlanıb./qafqazinfo