​Türkiyədə qadınların hərbi xidmət keçməsi TƏKLİF EDİLDİ

Baxış sayı:
9496

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.
Muxalifet.az Trend-ə istinadla xəbər verir ki, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.
Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: "Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır".
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.