​Türkiyədə PKK-nın bomba yüklü pilotsuz aparatı ələ keçirildi

Türkiyənin Ağrı bölgəsindəki Doğubayazıt rayonunda, yaşayış olmayan ərazidə PKK terrorçularına məxsus bomba yüklü pilotsuz aparat ələ keçirilib.
Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, təhlükəsizlik qüvvələri aparatı Yaygınyurt kəndi yaxınlığında çöllükdə tapıblar.
Aparat zərərsizləşdirilib.