Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - FOTO

Baxış sayı:
4456

Türkiyənin Tunceli bölgəsinin Qutudərə ərazisində yerləşən qayalıqlarda PKK terrorçularına aid 8 mərtəbəli sığınacaq aşkarlanıb. 
Jandarma Xüsusi Əməliyyat dəstələrinin aşkarladığı 100 metr dərinliyindəki sığınacağı terrorçuların təxminən 20 gün əvvəl tərk etdiyi öyrənilib. 
Məlumata görə, terrorçular sığınacaqda su təminatını ödəmək üçün 750 metr uzunluğunda boru xətti çəkib. Ayrı-ayrı otaqlardan əlavə həmçinin mətbəxi, hamamı və hovuzu da olan sığınacaqda terrorçulara aid çox sayda əşya ələ keçirilib. 
Türkiyə təhlükəsizlik qüvvələri sığınacaqdan təkrar istifadənin qarşısını almaq üçün xüsusi partladıcı vasitəsilə giriş hissəsini dağıdıb./axar/