Türkiyədə ordu komandanları dəyişdi

Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələrinin komandanları dəyişdirilib.
 
 “Hürriyet”in verdiyi məlumata görə, bu gün Ankarada Ali Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb. Generallar - Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub.
 Qaydalara uyğun olaraq, Yaşar Gülər hazırkı Baş Qərargah rəisi Hulusi Akar təqaüdə çıxdıqdan sonra onun yerini tutacaq.