​Türkiyədə ən böyük MAFİYA ÇÖKDÜRÜLDÜ – 39 nəfər həbs edildi

Baxış sayı:
852

Türkiyənin Kiber Cinayətlərlə Mübarizə İdarəsi ölkə miqyasında ən böyük mafiyanı zərərsizləşdirib.
İstanbulda 600 min lirəni başqalarının hesabından çıxaran şəbəkənin 39 üzvü saxlanılıb.
İdarə bank hesablarından gizli pulları çəkilən şəxslərin şikayətləri əsasında araşdırmalara başlayıb. 6 aylıq araşdırmalardan sonra müəyyən edilib ki, işin içində 2 bank əməkdaşı da var.
Kiber Cinayətlərlə Mübarizə İdarəsi İstanbul, İzmir, Tokat və Hatayda eyni anda əməliyyat keçirib. Şəbəkə lideri də daxil olmaqla 39 nəfər həbs edilib.
Axtarış zamanı onlardan 49 mobil telefon, 58 sim kart, 4 kompüter, 6 harddisk, 26 bank kredit kartı tapılıb/Teleqraf.com.