Türkiyədə məscidlərdə namaz qılınması qadağan olundu

Baxış sayı:
3549

Türkiyədə məscidlərdə camaat namazına müvəqqəti olaraq fasilə verilib.

Bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Əli Erbaş bildirib.

O deyib ki, ölkədə koronavirusa yoluxanların sayının artmasına görə insanların məscidlərdə bir araya gəlməsi infeksiyanın yayılması riskini artıra bilər: “Bu səbəbdən namazın evdə qılınması məsləhət görülür. Cümə namazı başda olmaqla məscidlərdə namaz qılınmasına ara verilir. Cümə namazı yerinə günorta namazının qılınması yetərlidir”./report