​Türkiyədə möhtəşəm kampaniya: Antalyaya pulsuz bilet

Baxış sayı:
4738

Türkiyədə yaşanan iqtisadi böhranla əlaqədar xalqın başlatdığı kampaniyalar davam edir.
Muxalifet.az xəbər verir ki, ABŞ-ın iqtisadi hücumuna qarşı birləşən Türkiyə əhalisinin bu addımlarına bəzi şirkətlər də dəstək verir.
Bir çox valyuta dəyişmə məntəqəsi isə 400 ABŞ dollarını lirəyə çevirən şəxslərə Antalyada bir həftəlik tətil bileti hədiyyə edir.
Türkiyənin tekstil mərkəzi “Merter”də isə dollar köhnə kursla işləyir (1 dollar – 4 lirə). Üstəlik, orada satılan məhsulların qiymətinə artım tətbiq edilməyib. Bəzi sahibkarlar bunu vətəndaşlıq borcu, ölkənin çətin vəziyyətində vətəndaşa kömək məqsədilə etdiyini bildirib.
Qeyd edək ki, bir qədər əvvəl kiçik ticarətlə məşğul olan bir çox şəxs kampaniya başladaraq, “200 dollar dəyişdirib gələnə tərəvəz pulsuz”, “300 dollar dəyişdirib gələnə hər şey pulsuz” plakatları açıb.