​Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfər oldu – BİR GÜNDƏ 17 NƏFƏR HƏYATINI İTİRDİ

Baxış sayı:
357

Türkiyədə koronavirusa yoluxanların sayı 5698 nəfərə çatıb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
 
O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.
 
“Bu gün  7533  test aparıldı, onlardan 2069-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 5698  koronavirusa yoluxma var. Biz daha 17 pasiyenti itirdik, ölənlərin ümumi sayı 92 nəfərə çatdı”, - deyə nazir bidirib.
 
Muxalifet.az