​Türkiyədə koronavirusdan ölənlərin sayı 4100 nəfərə çatır – BU GÜN 1610 YENİ YOLUXMA OLUB

Baxış sayı:
1942

Türkiyədə ötən sutka koronavirusdan daha 41 nəfər ölüb.
 
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 096-ya çatıb.
Bundan başqa, son 24 saatda ölkədə 1 610 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 148 067 nəfərə çatıb.
Habelə bir gündə koronavirusa yoluxmuş 2 004 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 108 137 nəfərə çatıb.