Türkiyədə koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçdi - BİR GÜNDƏ 55 NƏFƏR ÖLDÜ

Baxış sayı:
2285

Türkiyədə ötən sutka koronavirusdan daha 55 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 007-yə  çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 635 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 144 749 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 315 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 104 030 nəfərə çatıb.