Türkiyədə koronavirusdan ölənlərin sayı 3520 nəfərə çatdı - BİR GÜNDƏ 59 NƏFƏR ÖLDÜ

Baxış sayı:
3181

"Türkiyədə son sutkada daha 59 nəfər pandemiyanın qurbanı olub”.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 520 nəfərə çatıb.

Nazir həmçinin daha 1 832 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 129 491-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 73 285 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.