​Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb – YENİ YOLUXMA SAYI 1114 NƏFƏRDİR

Baxış sayı:
2383

Türkiyədə koronavirusdan daha 55 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 841 nəfərə çatıb.
Nazir həmçinin daha 1114 nəfərə koronavirus diaqnozu qoyulduğunu bildirib.
F.Koca Türkiyədə bu gün daha 3089 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Muxalifet.az