Türkiyədə koronavirusdan daha 27 nəfər öldü - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2545

Türkiyədə bu gün daha 27 nəfər koronavirusdan ölüb.

Muxalifet.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 4276 nəfər ölüb. Yoluxma sayı 154 500-dür. Bu gün daha 1121 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 116 111 nəfərə çatıb.