Türkiyədə koronavirusa ilk yoluxma faktı aşkarlandı

Baxış sayı:
1879

Türkiyədə koronavirusa ilk yoluxma faktı təsdiqlənib.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bəyan edib. Onun sözlərinə görə, Avropadan geri dönən kişinin koronavirusa yoluxduğu bəlli olub.

Səhiyyə naziri bildirib ki, buna baxmayaraq təşvişə gərək yoxdur. Bütün lazımi tədbirlər görülür. Bir xəstə bütün cəmiyyət üçün təhlükə mənbəyi ola bilməz./Virtualaz.org