Türkiyədə kimya fabrikində partlayış - Fabrik yanır

Türkiyənin Adana şəhərində güclü partlayış baş verib.
 
Partlayış yerli kimya fabrikində baş verib. Partlayışdan sonra fabrikdə yanğın başlayıb.
Hazırda hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb olunub, gücül yanğının qarşısının alınmasına cəhd edilir.
Partlayışın baş vermə səbəbləri məlum deyil.